Top.Mail.Ru

Renat “Tottenhem”lə oyunda dubl etdi

Renat “Tottenhem”lə oyunda dubl etdi

İngiltərə Premyer Liqa 2-də növbəti oyunlar keçirilib.

Qol.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Renat Dadaşovun çıxış etdiyi “Vulverhempton”un U-23 komandası 18-ci turda səfərdə “Tottenhem”li həmyaşıdları ilə üz-üzə gəliblər. Görüş meydan sahiblərinin qələbəsi ilə başa çatıb – 3:2.

Start heyətdə meydana çıxan Dadaşov sonadək mübarizə aparıb. Komandasının hər iki qolunu da Dadaşov vurub. Matçın 77-ci dəqiqəsində penaltidən fərqlənən gənc hücumçu 85-ci dəqiqədə fərqi minumuma endirib.

“Vulverhempton” bu oyundan sonra yer aldıqları 1-ci qrupda 12 kollektiv arasında 11 xalla sonuncu pillədə qərarlaşıb.

DOSYE.ORG

COMMENTS