Renatın komandası növbəti mərhələdə

Renatın komandası növbəti mərhələdə

Türkiyə kubokunda 3-cü mərhələnin oyunları keçirilir.

QOL.az xəbər verir ki, Azərbaycan millisinin futbolçusu Renat Dadaşovun formasını geyindiyi “Hatayspor” 2-ci liqa təmsilçisi “Sarıyer”lə qarşılaşıb. Matç “Hatayspor”un 2:0 hesablı qələbəsi ilə başa çatıb.

“Hatayspor” – “Sarıyer” – 2:0
Qollar
: Strandberq, 48, Matondo, 90+1

Renat sözügedən oyunda iştirak etməyib. Onun adı görüşün iştirak ərizəsinə daxil edilməyib.

“Hatayaspor” bu qələbə ilə növbəti mərhələyə yüksəlib.

COMMENTS