Ötən yazılarımızda vergidən yayınma foktorunu gündəmə gətirməklə oxucu kütləsininin rəğbətini qazandıq. Belə ki, “”Amazonka” restoranı vergidən yayınır” başlıqlı məqalə bir çox məsələlərə aydınlıq gətirdi.
Bir daha nəzərinizə çatdıraq ki, Abşeron rayonunda fəaliyyət göstərən “Amazonka” restoranı ciddi qanun pozuntuları olan yeganə obiiyektdir. Əldə olan məlumatları və faktları rəsmi sürətdə Vergilər Nazirliyinə ünvanladıq. Əfsüslər olsun ki, vergidən yayınan obiyektin fəaliyyəti araşdırmaq əvəzinə məsələni digər istiqamədə yönəlmək “məsləhət” görüldü. Bir faktı xatırlatmaq kifayət edir.
Restoranda kassa aparatı birmənalı olaraq “dondurulub”. Dosye.org saytında tənqidi yazı yayımlanandan sonra vəziyyət artıq fərqlidir. Belə ki, rəhbərliyin göstərişinə əsasən daimi müştərilər üçün kassa aparatından istifadə edilmir. Bu yalınız bir halda baş verə bilər ki, restorana tanınmayan müştəri təşrif büyürə.
Bəli, bundan sonra kassa aparatı daimi işlək kimi göstərilir. Əldə etdiyimiz son məlumatlara görə, “Amazonka” restoranı Vergilər Naziri Fazil Məmmədovun tapşırdığı obiyektdir. O da məlumatlarda vurğulanır ki, vergi nazirliyinin əməkdaşları nazirin adından istifadə edənlərə lazımı güzəştə gedir.
Dosye.org olaraq bildirmək istəyirik ki, qanun istənilən sahibkar və məmur üçün eyni maddələrlə nəzərdə tutulub. İnanırıq ki, “Amazonka” restoranı nəzarətə götürüləcək və fəaliyyəti araşdırılacaq. Növbəti yazılarımızda nazirin məsələyə münasibətini öyrənməyə çalışacayıq. Bizi izləyin…
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
COMMENTS