Riçard “Qarabağ”da qalacaqmı?

Riçard “Qarabağ”da qalacaqmı?

“Qarabağ”ın braziliyalı futbolçusu Riçard Almeyda ilə bir illik müqaviləsi başa çatır.

Qol.az xəbər verir ki, Qazaxıstanın “Astana” klubuna məxsus olan futbolçu bu ilin yanvarında, qış transfer pəncərəsi zamanı icarə əsasında Azərbaycana qayıtmışdı.

Qeyd edək ki, hazırda iki tərəf arasında müqavilənin müddətinin uzadılması ilə bağlı danışıqlar gedir. Yaxın vaxtlarda Almeydanın “Qarabağ”da qalıb-qalmayacağı qətiləşəcək.

Komandanın baş məşqçisi Qurban Qurbanov jurnalistlərə dünənki açıqlamasında bildirib ki, bu məsələ ilə bağlı klub futbolçu ilə danışıq aparsa da, hələlik razılıq əldə olunmayıb.

DOSYE.ORG

COMMENTS