Roma papası Əmrəyə zəng etdi

Türkiyənin “Fanatik” qəzetinin xəbərinə görə, katolik dünyasının ruhani lideri sentyabrın 1-də düzənlənəcək “Barış üçün dinlərarası matç” tədbirinə Türkiyənin “Fənərbaxça” klubunun kapitanını da çağırıb.
 
Papa Francesko dünyadaki savaşlara diqqət çəkməkdən ötrü Romanın “Olimpiya” stadionunda oynanacaq matç üçün Əmrəni telefonla şəxsən arayıb və ona “Bu yarışda səni də görmək istəyirik” deyib.
 
Futbolçu bu təklifi dərhal qəbul edib. Klub rəhbərliyindən də icazə alan Əmrə sözügedən tədbirə və oyuna qatılacaq. O, belə tədbirlərə dəvət edilən ilk türk və müsəlman futbolçu olacaq.

COMMENTS