Roma Papası sinaqoqu ziyarət etdi

Roma Papası Françis öz vəzifəsində ilk dəfə olaraq, yəhudi sinaqoqunu ziyarət edib.
 
Musavat.com xəbər verir ki, Papa bu ziyarəti yanvarın 17-də Burkino-Fasoda törədilən terror aktından bir gün sonra edib.
 
Məlumata görə, o, ziyarəti zamanı din adından törədilən partlayışları pisləyib.
 
Françis sayca 3-cü Papadır ki, Roma sinaqoqunu ziyarət edir. Ondan əvvəl II İohan Pavel və XVI Benedikt də sinaqoqu ziyarət etmişdilər.

COMMENTS