Hörmətli Papa Fransisk,
Uca şəxsiyyətinizə Hörmətli Katolik aləminin ruhani liderliyi vəzifəsini boynunuza götürdüyünüz tarixdən bu yana dünya sülhü və bəşəriyyətin qardaşlığı və dincliyi üçün göstərməkdə olduğunuz qiymətli səylərinizi təqdir edirəm.
Sizə bu məktubu Qafqazın ən birinci xristian dinli ölkəsi olmuş, hazırkı İslam ölkəsi Azərbaycandan tarixçi, yazıçı-publisist Cəlaləddin Qasımov yazır. Mən bu məktubumun girişində papa həzrətlərinin diqqətini öz ölkəmin tarixi keçmişinə qısa ekskursiyaya dəvət edərdim. Diqqətinizə çatdırmaq istərdim ki, Qafqaz Albaniyasında indiki Azərbaycan əhalisinin əcdadları (albanlar) min illər boyu yaşamış, dövlət qurmuş, regionda asayişə, ümumdünya mədəniyyətinə, mənəviyyatına, bir sözlə, bəşəri inkişafa töhfələr vermişlər. Qafqaz Albaniyasının ərazisi İberiyadan Xəzər dənizinə, Dərbənddən Araz çayına qədər uzanırdı. Hələ İslamdan öncə Alban tarixçisi Musa Kalankatlı yazırdı:
– Qafqaz Albaniyasına xristianlığı təbliğ edən, yayan fələstinli Patrik Yenisey olub. Dağlıq Qarabağda qadın və kişi monastırları tikilmişdir. Elə V yüzildə üç min rahib yaşayırdı. Ermənilər xristianlığı albanlardan 270 il sonra parxiyalı Qriqoridən qəbul ediblər. Bizans hökmdarı II Konstantin Alban hökmdarı Cavanşiri 644-cü ildə Konstantinopolda, Bizans sarayında qəbul etdi, Cavanşir imperatordan tanınma fərmanı, titul, rütbə aldı. Ölkələr arasında müdafiə müqavilələri bağlandı. Onun ilk işi də İran Sasani dəstələrini Azərbaycandan çıxarmaq olub.
Alban hökmdarı Cavanşir Bizansla birlikdə ərəblərə qarşı müharibələrdə qəhrəmancasına iştirak etdi. Cavanşir 670-ci ildə Bizansla Ərəb xilafəti arasında sülh müqaviləsi bağlanmasında vasitəçi sifəti ilə Şama getdi. Xəlifə danışıq zamanı onun ağıl və zəkasına heyran qalır və məhz bu heyranlıq sayəsində o vergilərin xeyli azaldılmasına nail olur. Azərbaycan alban hökmdarı Cavanşirin ölümündən sonra ərəb yürüşlərinin nəticəsində İslamı qəbul edib. Bir çox dünya tarixçiləri Albaniya tarixini öyrənir. Onlar albanların bizim ulu babalarımız olduqlarını bilirlər. Hələ xristianlıqdan öncəki dövrdə Ay məbədləri belə, bu günə qədər Azərbaycanda qorunub saxlanıb.Bu bizə babalarımızdan bir tarixi xatirədir. – Bu bizim tariximizin bir parçasıdır. Təəssüf ki, birgəyaşayış qaydalarını bugünədək tam mənimsəyə bilməmiş Qafqaz erməniləri… necə ki, bizim torpaqlarımızda haqsız iddialarla çıxış edir, eləcə də babalarımızdan qalma məbədlərimizi də özününküləşdirmək istəyirlər… Amma erməni xaçı ilə alban xaçının fərqi çoxdur. Bunu dünya tarixçiləri də təsdiq edir. Nə etməli ki, tale bizə belə nankor qonşular qismət eləyib. 1905-ci, 1907-ci, 1918-ci 1920-ci və 1991-ci ildə Azərbaycanda hakimyyətsizlik olub, xalqımıza, mədəni-milli dəyərlərimizə kütləvi basqınlar edilib.
Biz və bizim babalarımız sovetləri gördük. Xatirələrdən, elmi həqiqətlərdən silinməyib ki, Qafqazda, müəyyən qədər keçmiş SSRİ-də iqtisadiyyatın inkişafı Azərbaycandan asılı olub. Heç bir yeraltı sərvəti olmayan Ermənistan indi səfalət içərisində yaşayır amma… Azərbaycanın, Gürcüstanın BMT tərəfindən tanınmış ərazisinə qarşı “qondarma tarix libası”na bürünmüş haqsız iddialardan, şəxsən bizə qarşı qanlı eyləmlərdən, terrordan, separatizimdən də əl çəkmir…
1991-ci ildə… yenə bədnam qonşularımızın, Rusiyanın 366-cı motoatıcı alayının ( – bu alayın Ermənistan silahlı qüvvələri ilə birgə ən qanlı hadisəsi Xocalı soyqırımıdır..! – ) köməyi ilə Ermənistan silahlı qüvvələrinin Azərbaycana hərbi təcavüzü nəticəsində torpaqlarımızın 20 faizi işğal olunub. Dağlıq Qarabağ və ona bitişik 7 inzibati rayon ələ keçirilib, eləcə də ümumilikdə 1 milyon soydaşımız qaçqın və məcburi köçkünə çevrilib, milli-mədəni sərvətlərimiz talan edilib. BMT Təhlükəsizlik Şurası Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsi, qaçqınların və məcburi köçkünlərin doğma yurdlarına qaytarılması ilə bağlı 4 qətnamə qəbul edib. Ermənistan işğal edilmiş Azərbaycan ərazilərində qanunsuz fəaliyyətini davam etdir-məkdədir. ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə 20 ildən artıqdır davam edən danışıqlar prosesi hələ də heç bir nəticə verməyib. Bu dövrdə Ermənistanın iqtisadiyyatı daha da ağır duruma düşüb. Ötən 20 ildə erməni xalqı münaqişədən heç nə qazanmayıb, əksinə çox şey itirib.
…Fransa, ümumən aparıcı Avropa mətbuatında Dağlıq Qarabağ məsələsinin müzakirəsi ilə bağlı belə yazılır: “Xristian Ermənistan Respublikası və Azərbaycan Respublikası…”. Elə bu ifadənin özü hər şeydən xəbər verir. BMT-nin heç bir qətnaməsi icra olunmur. …Fransa, ümumən aparıcı Avropa mətbuatında Dağlıq Qarabağ məsələsinin müzakirəsi ilə bağlı belə yazılır: “Xristian Ermənistan Respublikası və Azərbaycan Respublikası…”. Elə bu ifadənin özü hər şeydən xəbər verir. BMT-nin heç bir qətnaməsi icra olunmur. Ermənistana sanksiyalar tətbiq edilmir… əsksinə, Dağlıq Qarabağ məsələsi qaldırılanda Azərbaycana təzyiqlər başlanır… ancaq təcavüzkar işğalçı Ermənistanın Xocalıda bir gecənin içərisində 613 nəfər silahsız dinc əhalini vəhşicəsinə qıranların cəzası qiyamətəmi qalacaq?!. – İnsanlıq öldümü?! İŞID terror təşkilatından da acımasız qətllər törədən bir işğalçı terrorçu dövlət niyə bu qədər müdafiə olunur? Hansı ki, o dövlətin başçısı Serj Sarkisyan (ondan öncəki prezident Robert Köçəryan) Xocalı soyqırımının birbaşa təşkilatçısı olub… Ermənistan cəmiyyətinin ən sevimli yazıçılarından biri olan Zori Balayan belə soyqırımda iştirak edərək, azyaşlı uşaqlara qarşı törətdiyi qətlləri öz kitabında yazmaqdan çəkiməyib. Bu da qaynaq: “Ruhumun canlanması”, “Vanizor” nəşriyyatı, 1990-cı il, səhifə 262-263..! Hətta bu kitabdakı faktlara görə Zori Balayan İnterpol vasitəsilə beynəlxalq axtarışa da verilib. Almaniyada, İtaliyada, Avropanın bir neçə başqa ölkəsində yaxalansa da, onun həbsini siyasiləşdirərək, sərbəst buraxıblar. Öz doğulduğu torpaqlara yaxınlarının qəbrini ziyarət etdiyinə görə girov götürülən vətəndaşlarımız Dilqəm Ələsgərovla Şahbaz Quliyev Xankəndində işgəncə altında saxlanılır. Beynəlxalq ictimaiyyət bu məsələyə soyuq yanaşır.
Cənab Papa Fransisk həzrətləti,
Bu qısa müraciətimlə bildirmək istəyirəm ki, sizin dünya sülhünün bərpasında gördüyünüz işlər tarixin yaddaşında əbədi unudulmayaraq qalacaqdır.
Sizə üz tutaraq, Ermənistanın Azərbaycana qarşı elan olunmamış müharibəsi ilə, müharibənin ağır nəticələrini öz taleyində yaşayan azərbaycanlılar barədə maraqlanmağınızı xahiş edirəm! Bu bir insanın bir din liderindən xahişidir: siz Allahın qutsal sözlərini, buyruqlarını təbliğ edən nüfuzlu bir insan kimi öz töhfənizlə bu prosesdə – qoca Qafqaza sülh gəlməsi işində, haqsıza “DUR!” deməklə sınıq könülləri bərpa etmiş olarsız! Allaha xoş gedən əməl sizə çox yaraşacaq, cənab papa!
Sayğılarımla,
tarixçi CƏLALƏDDİN Qasımov
COMMENTS