Roma papasına sui-qəsd hazırlanır?

“Hazırda İŞİD üçün ən cəlbedici regionlar sırasında Böyük Britaniya, İspaniya, Fransa, Portuqaliya, İtaliya, Almaniya və Hollandiya yer alır”.

 

Axar.az xəbər verir ki, bu iddia ilə Politrus saytı çıxış edib.

Sayt bu ölkələrdə Yaxın Şərqdən olan böyük cəmiyyətlərin mövcudluğunu və onların İŞİD-in bölgədə fəaliyyəti üçün şərait yaratma ehtimalının olduğunu bildirib:

“Belə bir fikir var ki, təqdim edilən səkkizlikdən İŞİD üçün ən böyük maraq kəsb edən ölkələr Böyük Britaniya (anqlo-sakson ölkəsi və Amerikanın Avropadakı simvolu), Fransa (Yaxın Şərq rejimlərinin “böyük qardaşı), İspaniya (“Xilafət”in bir parçası olub), Almaniyadır (Avropa İttifaqının müasir siması). Amma bizim nəzərimizcə, hazırda İŞİD üçün ən cəlbedici yer İtaliya və onun paytaxtı Romada yerləşən Vatikan dövlətinin rəhbəri olan Roma papasının rezidensiyasıdır. İŞİD bununla da ABŞ və NATO-nu bölgəyə qoşun yeritməkdən çəkindirmək niyyətindədir”. 

 

COMMENTS