“Roma” “Real”a penaltilərdə qalib gəldi

“Roma” “Real”a penaltilərdə qalib gəldi

Avstraliyada dünyanın aparıcı klublarının iştirakı ilə keçirilən Beynəlxalq Çempionlar Kuboku turniri davam edir.

Qol.Az-ın məlumatına görə, növbəti oyun günündə İspaniyanın “Real” Madrid və İtaliyanın “Roma” klubları qarşılaşıb.

Matçın əsas və əlavə vaxtı qolsuz tamamandığından qalib penaltilər seriyası ilə müəyyənləşib. Burada daha dəqiq olan romalılar görüşdən qələbə ilə ayrılıb 7-6.

Beləliklə, “Real” Rafael Benitezin başçılığı ilə meydana çıxdığı ilk oyunda uduzub.

COMMENTS