“Rəqibi qələbə münasibətilə təbrik edirəm. Məğlubiyyətə görə çox pis olmuşuq. “Krasnodar” güclü rəqibdir”. Fanat.az xəbər verir ki, bu sözləri “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk deyib.
Ukraynalı mütəxəssis Avroliqanın qrup mərhələsinin ikinci turunda “Krasnodar”a 1:2 hesabı ilə məğlub olduqları görüş barədə bunları söyləyib: “Birinci hissədə müəyyən komponentlərdə rəqibdən geri qalırdıq. Fasilədə dəyişikliklər etdik. Bu da özünü doğrultdu. Amma “Krasnodar” da sona yaxın dəyişikliklər etdi və istəyinə çatdı. Qələbə qazana bilərdik. Hücumda yaxşı oynayırdıq. 1:1-i qorumaq barədə düşünmürdük”.
COMMENTS