Rusiyanın çar sülaləsi Romanovlar Məhəmməd Peyğəmbərin nəslindəndir. Bu sensasiyalı iddia ilə Rusiya İmperator Evinin dəftərxana müşaviri Kiril Nemiroviç-Dançenko çıxış edib. O, Özbəkisdtanda jurnalistlərə deyib ki, hazırda Rusiya İmperator Evinin rəhbəri olan böyük knyaz Mariya Vladimirovna İslam Peyğəmbərinin nəslindəndir.
Mariya Vladimirovna noyabrın 3-15 Özbəkistanda səfərdə olacaq. Dançenko bu səfərə hazırlıq məqsədilə Özbəkistandadır.
“Mənim dediklərim 1001 gecə nağılından deyil. Bu, bütün müsəlman dünyasında artıq hüquqi fakt kimi qəbul edilir. Rusiyanın çar sülaləsini təmsil edən şəxslərin damarlarında Məhəmməd Peyğəmbərin də qanı axır”, – deyə Dançenko bildirib.
COMMENTS