Top.Mail.Ru

“Ronaldoya qarşı oynamaq xoş idi” – Anotoli Nuriyev

“Ronaldoya qarşı oynamaq xoş idi” – Anotoli Nuriyev

Azərbaycan millisinin və “Minay”ın futbolçusu Anatoli Nuriyev “Terrikon” saytına açıqlama verib.

Qol.az xəbər verir ki, yığmamızda debütünü DÇ-2022-nin seçmə mərhələsinin Portuqaliya ilə matçında edən 24 yaşlı hücumçu bu komandaya və Serbiyaya qarşı oynaması haqda təəssüratlarını bölüşüb: “Təəssüratlarım əlbəttə ki, müsbətdir. Orada olduğum zaman kimlə eyni meydanda oynayacağımı həqiqətən başa düşmədim. Duyğular bir az azaldıqda, Kriştiano Ronaldo, Bruno Fernandeş, Tadiç kimi futbolçulara və həqiqətən Portuqaliya və Serbiya yığmalarına qarşı oynamağın nə qədər şərəfli olduğunu anladım. Bunun çox yaxşı bir təcrübə və yaxşı duyğular olduğunu başa düşdüm.

O, Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldo haqda da danışıb: “Ronaldo haqqında nə deyə bilərəm? Bunu deyəcəyəm – onu izləmək maraqlı idi. Bu, çox şey qazanan adamdır. Ona qarşı oynamaq gözəl idi.

Nuriyev  fərqli mövqelərdə üç oyuna çıxdığını söyləyib: “Portuqaliya ilə görüşdə sol cinah yarımmüdafiəçisi, Qətərlə matçda hücumçunun arxasında, Serbiya ilə oyunda isə 2-ci forvard kimi çıxış etdim. Sonuncu variantı daha çox bəyənirəm və baş məşqçi də məni bu mövqedə görür”.

Millimizin üzvü DÇ-2022-de Serbiyaya qarşı oyunun daha çətin keçdiyini vurğulayıb: “İlk hissədə qaçdıq, müdafiə olunduq, ikinci hissədə oyunu, kombinasiyaları düzəltmişdik, topa daha çox sahib olduq. Ancaq ümumiyyətlə, olduqca çətin bir matç oldu. buna baxmayaraq xal ala bildik. Oynadığımız stadionları da xatırlayıram . “Yuventus” stadionu çox xoşuma gəldi – rahat və kiçik. Bakıdakı Olimpiya stadionu ilə yanaşı, Debresendəki stadionu da çox bəyəndim. İkincisində, ot örtüyü sadəcə gözəldir. Ümid edirəm ki, gələcəkdə də yığmaya çağırılmaq üçün yaxşı bir futbol göstərməyə davam edəcəyəm”.

DOSYE.ORG

COMMENTS