Ronaldu, yoxsa Messi?

Ronaldu, yoxsa Messi?

2015-ci ilin yanvar ayında “Qızıl top”un sahibi bəlli olacaq.

Dosye.org anspress-ə istinadən bildirir ki, son günlər futbol ictimaiyyəti arasında Messi və Ronaldunun hegemonluğuna son qoyulub-qoyulmayacağı müzakirə olunur. Mütəxəssislər hesab edirlər ki, bu mövsüm “Qızıl top” uğrunda mübarizə daha gərgin olacaq.

Artıq bukmeker kontorları “Qızıl top”un kimin alacağı ilə bağlı versiyalar açıqlayıb. Ciddi namizədlərin olmasına baxmayaraq, bukmekerlər yenə də Messi və Ronaldonu favorit görür.

Bukmekerlərin açıqladığı əmsalları təqdim edirik:

Lionel Messi (“Barselona”, Argentina) – 3.25

Kriştianu Ronaldu (“Real”, Portuqaliya) – 3.75

Tomas Müller (“Bavariya”, Almaniya) – 11

Aryen Robben (“Bavariya”, Hollandiya) – 13

Neymar (“Barselona”, Braziliya) – 17

Manuel Noyer (“Bavariya”, Almaniya) – 18

Filipp Lam (“Bavariya” Almaniya) – 21

Şvanştayger (“Bavariya”, Almaniya) – 34

Qaret Beyl (“Real”, Uels) – 31

Xames Rodriges (“Real”, Kolumbiya) – 34

COMMENTS