Rövnəq Abdullayev yığmanın oynundan razı qaldı

“Yaxşı oyun oldu. Hәtta möcüzә edә bilәrdik. Tәәssüf ki, alınmadı. Ancaq İtaliya kimi yığmayla belә nәticә dә üzücü deyil”.

 

Fanat.az xəbər verir ki, bu sözlәri AVRO – 2016-nın seçmә mәrhәlәsinin ll turunda İtaliya – Azәrbaycan (2:1) matçından sonra keçirilәn brifinqdә AFFA prezidenti Rövnәq Abdullayev deyib.

Rәsminin sözlәrinә görә, yığmanın növbәti oyunu daha çәtin olacaq:

“Qarşıda Xorvatiya ilә oyun var. Mәncә, o oyun da kifayәt qәdәr ağır olacaq. Onların üslubu tam başqa cürdü. İşlәrimlә әlaqәdar vaxtım olsa, çalışacağam, o oyunu da canlı izlәyim”.

COMMENTS