Rövnəq Abdullayevin maşını ilə kobud qayda pozuntusu – Foto

Rövnəq Abdullayevin maşını ilə kobud qayda pozuntusu – Foto

İqtisadiyyat nazirinin müavini Rövnəq Abdullayevə məxsus avtomobillə yol hərəkəti qaydası pozulub.

DOSYE.ORG Avtosfer-ə istinadən xəbər verir ki, 90 AA 999 qeydiyyat nişanlı “Mercedes Maybach” markalı avtomobilin sürücüsü martın 13-də paytaxtın Əhməd Rəcəbli küçəsində dayanma-durma qayadasını kobud şəkildə pozub.

Belə ki, sürücü həm avtobus zolağında, həm də avtobus dayanacağında avtomobili park edərək oradan uzaqlaşıb.

Qeyd edək ki, 90 AA 999 qeydiyyat nişanlı avtomobil “Black Sapphire” şirkətinə məxsusdur. Həmin şirkətin Rövnəq Abdullayevə məxsus olduğu bildirilir.

Eyni zamanda bu avtomobillə yanaşı 10 AA 999 və 99 AA 999 qeydiyyat nişanlı avtomobillər də Rövnəq Abdullayevə məxsusdur.

 

COMMENTS