Rövşən Lənkəranskinin düşməni həbs edildi

Dünən Moskvanın mərkəzində saxlanılan qanuni oğruların adları məlum olub.

Axar.az xəbər verir ki, Rusiya Daxili İşlər Nazirliyinin saxladığı qanuni oğruların “Çirkaç” ləqəbli Oleq Piroqov, “Çurik” ləqəbli Sergey Çurilov, “Zabava” ləqəbli Andrey Zabavin, “Voskres” ləqəbli Vasili Xristoforov və “Teko” ləqəbli Teymuraz Faroyan olduğu bildirilib.

Hazırda onların keçmişdə baş verən cinayətlərlə əlaqələrinin olub-olmadığı araşdırılır.

Xatırladaq ki, dünən Moskva polisi şəhərin mərkəzində qanuni oğruların “sxodka”sına əməliyyat təşkil edib. Əməliyyat zamanı 15 nəfər saxlanılıb.

Saxlanılanlardan “Voskres” ləqəbli Vasili Xristoforov 2013-cü ildə öldürülən Ded Xasan klanının indiki liderlərindən biridir. Rövşən Lənkəranskinin adının Ded Xasanın qətlində hallanması daim bu dəstənin hədəfinə tuş gəlməsinə səbəb olub.

COMMENTS