Rövşən Lənkəranskiyə Yunanıstandan zərbə gözlənilir

Dosye.org İnterpress.az-a istinadən xəbər verir ki, R.Lənkəranskinin düşmənləri Yunanıstanda keçirilən “sxodka”da “qanuni oğru”, kriminal aləmdə Roko ləqəbi ilə tanınan Banço Bayramidinin qardaşı Stavro Bayramidini “taclandırıb”.

 

Onun “taclandırılmasında” Dato Kutaisski kimi tanınan David Sebiskberadze də iştirak edib. Banço özü isə ötən ilin oktyabr ayından Stavropol vilayətində istintaq altındadır.

 

Milliyyətcə yunan olan Bayramidi qardaşları Qara dəniz bölgəsində çox məşhurdurlar. Xüsusilə yunan diasporunun fəal olduğu bölgələrdə onları daha yaxşı tanıyırlar.

 

Bayramidi qardaşlarının hamisi kimi tanınan David Sebiskveradze özü Kutaisidən olsa da Ded Xasan klanını təmsil edib. Bununla da öz həmyerliləri, azərbaycanlı “qanuni oğru” Rövşən Lənkəranskinin də dəstəyini alan Tariel Onianinin təmsil olunduğu gürcü klanına qarşı çıxıb.

 

Hazırda Dato ləqəbli bu oğru Yunanıstanda məskunlaşan “qanuni oğru”ların qruplaşmasına rəhbərlik edir. Bu qruplaşmada əsasən onun özünün himayə etdiyi və taclandırdığı “oğru”lar toplaşıb. Qruplaşmada o yaşca hər kəsdən böyük olmaqla yanaşı, nüfuzuna görə də seçilir.

 

R.Lənkəranskinin də dəstəyini alan Oniani klanı isə əsasən ötən sərin 30-cu illərində doğulan “oğru”larla tanınır. Dato bundan əvvəl, iyul ayında Yunanıstanda daha bir “sxodka” keçirərək 38 yaşlı Aleksey Nazarovu “taclandırıb”.

 

Məlumatlara görə, Yunnanıstanda möhkəmlənən bu qruplaşma Türkiyədə tez-tez görünən R.Lənkəranski və T.Oniani klanının fəaliyyətinə ciddi problemlər yaradacaq.

COMMENTS