Pəncərə açıq idi.
Narın-narın yağış yağırd.
Röyanın gözləri yol çəkirdi, düşünürdü o gələcək. Bir neçə saat pəncərənin önündə dayanıb yağan yağışa baxırdı. Gözünün önünə virtualı gəlib, ötənləri xatırlayırdı.
Bir qədər sonra Röya yatağına uzandı, yavaş-yavaş meh əsirdi, pəncərədən əsən meh onun yaxasının düyməsini açmışdır.
Onun yupyumuru sinəsi, cazibədar bədəni ehtiraslı sevişmək istəyirdi. Hava qaralmışdır meh davamlı-davamlı əsirdi.
Pəncərərinin pərdəsi yellənir, bir quş həsrətlə boynunu büküb pəncərənin küncündə durub içəriyə baxırdı.
O quşu görüb düşünürdü ki, nəisə xəbər gətirib.
Astaca yerindən durub pəncərənin önünə keçdi. Pəncərəni bağlamaq istəyirdi qapı döyüldü.
O anda qapının səsi quşu uçurtdu.
O asta-asta qapıya doğru yaxınlaşdı. Gecə yarı idi, Röya qapını açdı, onu evə dəvət etdi.
Səhərə yaxın idi, azan səsi eşidilirdi, hava soyuq, yağış davamlı yağırdı.
Röya pəncərəni örtüb, yatağına yenidən uzandı.
Səhər yeni-yeni açılırdı, o röyasında qovuşduğu butasından ayrılmaq istəmirdi. Çox təəssüblər olsun ki, hər virtual sevginin sonu belə acınacaqlı olur.
Azər Elçibəy
COMMENTS