Röya il ərzində xərclədiyi məbləği açıqladı

Röya il ərzində xərclədiyi məbləği açıqladı

Müğənni Röya Ayxan “Solo” verilişinin qonağı olub.

Axşam.az-ın məlumatına görə, ifaçı il ərzində sənətinə xərclədiyi məbləği açıqlayıb:

“Məbləği deyəcəyəm, amma mənə inanın. Bir il ərzində sənətimə 250-300 min manat xərcləyirəm. Elə gəlirim də bu qədər olur. Hətta bəzən az olur. Çünki xərclərlə gəlir heç vaxt başabaş ola bilməz. Bu məbləğə səhnə geyimlərimə, mahnılara, kliplərə xərclədiyim pullar daxildir”.

COMMENTS