Lerikin turizm potensialı tarixi-mədəni abidələr aspektində


Lerikin turizm potensialı tarixi-mədəni abidələr aspektində

Font ölçüsü

Azərbaycan Respublikasının cənub-şərq bölgəsinin turizm baxımından böyük maraq doğuran, mühüm tarixi ərazilərdən biri də Lerik rayonudur.

Talış dağlarında yerləşən bu rayon füsünkar təbiəti ilə , zəngin maddi-mədəniyyət abidələri ilə diqqətə layiqdir.Məhz rayonun cənub-şərq bölgəsində, turizm potensialını zənginlik baxımından maraqlı  edən faktorlardan biri də Talış dağlarının ən yüksək zirvələri olan Kömürgöy (2493 m) və Qızyurdu (2433) dağlarının rayon ərazisində yerləşməsidir.

    Zəngin və ecazkar təbiəti ilə maraq doğuran rayon eyni zamanda tarixi-mədəni abidələri baxımından da zəngin tarixi olan bir diyardır.

    Lerik rayonun arxeoloji abidələri öyrənilməsinə XIX əsrin 90-ci illərində başlanmış və ilk tədqiqatlar Fransanın Sen-Jerman muzeyin əməkdaşı Jak de Morqanın adı ilə bağlı olmuşdur.1890-ci ildə Jak de Morqan Lerik rayonun cənubunda yerləşən kəndlərdə ilk arxeoloji tədqiqat işlərinə başlamışdır.

    O, Lerik rayonu ərazisində bir çox abidələri tədqiq etmiş, əldə etdiyi maddi-mədəniyyət nümünələrin ən nəfislərini Sen-Jerman muzeyinə göndərmişdir.Jak de Morqan rayonun dağlıq ərazisində 220-yə qədər müxtəlif qəbir abidələri açaraq, son tunc və ilk dəmir dövrunə aid zəngin maddi-mədəniyyət nümünələri əldə etmişdir.

    Lerikin tarixi abidələrin tədqiqi ilə Fransa,Rusiya Almaniya və b. Ölkələrin arxeoloq alimləri ilə yanaşı Azərbaycan arxeoloqları məşğul olmuşdur.Lerik rayonun ərazisində aparılmış arxeoloji tədqiqatlar nəticəsində daş dövrunə , son-tunc erkən dəmir dövrunə , antik və orta əsrlər dövrunə aid xeyli abidə qeydə alınmış onların bəzilərində qazıntılar aparılmış və bölgənin turizm potensianlını ehtiva olunduğu tarix və mədəniyyətə işıq salan qiymətli maddi mədəni irs toplanılmışdır.

Lerikin maddi mədəniyyət abidələri aşağıdakı xronoloji mərhələ üzrə təsnif etmək olar:

  1. Daş dövru abidələri;
  2. Son Tunc və Erkən Dəmir dövru abidələri;
  3. Antik dövr abidələri;
  4. Orta əsr abidələri.

   Lerik rayonun təbii-coğrafi şəraiti, burada ibtidai insanların məskunlaşması üçün əlverişli mağaraların mövcudluğu ərazidə paleolit abidələrinin varlığı ehtimalını artırmışdır.XX əsrin 80-ci illərin ortalarına qədər rayon ərazisində daş dövru abidələrin olması elmə məlum deyildir.

    Bölgə qədim daş dövru abidələrinin axtarışı məqsədi ilə Azərbaycan Elmlər Akademiyası Paleolit arxeoloji ekspedisiyası 1985-ci ilin iyul-avqust aylarında Lənkəran,Astara, Lerik və Masallı rayonları ərazisində arxeoloji kəşfiyyat işləri aparmışdır.Qeyd olunan rayonların ərazsisi diqqətlə müşahidə olunmuş, ümidverici elmi nəticə Lerik rayonu ərazisində əldə edilmişdir.

   Büzeyir mağarası bölgənin ibtidai insanların yaşaması üçün coğrafi baxımından əlverişli olduğunu söyləməyə əsas vermişdir.Mağara Talış dağların yüksək silsilə qatındadır. Büzeyir mağarası Lerik-Büzeyir yolunun 10-cu km-də Zuvand çayının sol sahilində Büzeyir kəndindən 3 km şərqdə , dəniz səviyyəsində 1640 m hündürlükdə olan Dəlikdaş zirvəsində yerləşir.

   Büzeyir mağarasının uzunluğu 17 m, eni 9-14 m, mağara dəliyinin hündurluyu 10 m, torpaq çöküntüsunun qalınlığı 2-2,5 m-dir.

    Lerik rayonun qədim dövr abidələri içərisində son tunc və erkən dəmir dövr abidədələri xüsusi yer tutur.Lerik rayonu ərazisində son tunc və ilk dəmir dövrunə aid yarım köçəri maldarlıq təsərrüfatı əlamətləri özundə əks etdirən çoxlu abidələr qeydə alınmış və tədqiq edilmişdir.

    Bu dövrun abidələri əsasən qəbir abidələri olduğu üçün onlar 3 tipə ayırmaq olar: 1.Daş qutu qəbirstanlıqları; 2.Kurqanlar; 3. Dolmenlər.

   Daş qutu qəbirstanlıqlar Keraveladi, Veri,Tülu,Coni, Hamarat,Hovil, Orand,Rvarud və s qəbirıstanlıqlarda rast gəlinir.

    Vizual müşahidələrə əsasən Lerik rayonun ərazisində Kurqanların yüksək dağlıq ərazilərində və dağ zirvələrində salındığı qeyd etmək olar.Rayonda Çayrud,Rvarud, Piəkujə, Andruma kurqanları mövcuddur.

   Lerik rayon ərazisində dolmenlərin olması haqqında ilk məlumat Fransız arxeoloqu Jak de Morqan vermişdir.O, Keraveladi, Çodigəş, Coni,Tülu,Rəzgov və s.kəndlərdə dolmenlərin olmasını qeyd etmişdir.

    Lerik rayonun antik dövr abidələrin tədqiqi ilə əsasən Q.Qoşqarlı məşğul olmuşdur.Antik dövr abidələrinə Şağolakan , Boykəndil, Kürdəsər, Mistan və s göstərmək olar.

   Rayonun antik dövr abidələri 2 qrupa bölunur; 1.Yaşayış yerləri , 2.Qəbir abidələri.

Yaşayış yerlərinə Şağolankan, Cındırtəpə, Zövnə, Köhnə Orand və s misal çəkmək olar.Qəbir abidələri rayon ərazisində əsasən antik dövrə aid daş qutu və kup qəbirlərindən ibarət nekropol üzə çıxarılmışdır.

    Lerikin orta əsr arxeoloji abidələrini aşağıdakı şəkildə qruplaşdırmaq olar;

1.Qalalar; 2.Kənd tipli yaşayış yerləri; 3.Dini-tarixi abidələr; 4.Daş qoç heykəlləri.

   Rayonda ərazisində qeydə alınan arxeoloji abidələrinin müəyyən qismini kənd tipli yaşayış yerləri təşkil  edir.Arxeoloji cəhətdən Lerikin orta əsr kənd tipli yaşayış yerləri tədqiq olunmayıb. Burada Lildiqo,Kanadi (Köhnə kənd) , Kamilikəqo, və s misal çəkmək olar.

    Lerikin memarlıq abidələri içərisində dini-tarixi abidələri mühüm yer tutur.Bunun başlıca səbəbi isə orta əsrlər bu bölgədə islam dinin güclu təsir qüvvəsinə malik olması idi.Bunlara Hüseyn Ata,Babagil, Yaşıl Baba, Xoca Seyid türbəsi, Seyid Əbulqasim,Seyid Paşa və s.aid etmək olar.

   Rayonun Rvaurd kəndində qədimlərdən gələn rəvayətlərə görə bu ərazidə HZ.Yaqub Peyğəmbərin (s)  pirinin yerləşdiyini qeyd edirlər.Pir ziyarətgaha çevrilmişdir.Pirin yeri məlumdur.

   Lerik rayonun dini-tarixi abidələrində və orta əsr qəbirstanlıqlarında çoxlu sayda daş qoç heykəlləri qeydə alınmışdır.Rayonun Cəngəmiran ,Barzavu,Mondigah,Rvarud,Çayrud,Coni Veri və s. Kəndlərin ərazsindəki orta əsr qəbirstanlıqlarında 100-dən çox  daş qoç heykəli qeydə alınsada, hazırda onlara çox az rast gəlinir.

    Bütövlukdə rayonun arxeoloji abidələrinin tədqiqi rayonun və eləcədə respublikamızın tarixi ilə bağlı problem məsələləri aydınlaşdırmaqda mühüm elmi əhəmiyyətə malikdir.Bununla yanaşı bu rayonun tarix-mədəni abidələr aspektində tədqiqi rayonun  nə qədər zəngin turizm potensialına malik olmasını bir daha sübut edir.

   

   Rayonun tarixində önəmli yer tutan abidələr sırasında xüsusi ilə Rvarud kəndində yerləşən Seyid Əbulqasim , Seyid Paşa , Mir Cahangir ağa , Seyid Vəliağa türbələrinə turların təşkil olunması dini turizm marşrutun miqyasının genişləndirilməsi yönumundən məqsədəuyğun hesab etmək olar.

   Lerikin Pirasora kəndində yerləşən Piramidalar son zamanlar bir sıra tədqiqaçıların marağına səbəb olmuşdur.Və əraziyə turist axına şərait yaratmişdir.

  Beləliklə , rayonun tarixi-mədəni abidələrində yaşanan tarix , rayonun əzəmətli keçmişindən xəbər verir.Tarixi zəngin olan rayon üçün bu cür abidələrin tarixin sınağından gəlib çatması , gələcəkdə rayonda turizmin bura üçün xarakterik növlərin inkişaf etməsi üçün əlverişli şərait yaradır.

Kulturoloq Camal Rzayev

Xəbər Lenti



 

 

Рейтинг@Mail.ru

Ünvan: Azərbaycan Nəşriyyatı Dosye.org redaksiyası. Baş direktor Elman Nigaran. tel: (055) 251 59 95
email: dosye.org@mail.ru
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.