Sumqayıtda yol qəzası nəticəsində 2 nəfər ölüb, bir neçə nəfər ağır yaralanıb


Sumqayıtda yol qəzası nəticəsində 2 nəfər ölüb, bir neçə nəfər ağır yaralanıb

Font ölçüsü

Sumqayıt şəhərində ölümlə nəticələnən ağır yol qəzası baş verib.

Dosye.org "Report"a istinadən xəbər verir ki, şəhərin 9-cu mikrorayonu ərazisində "Hyundai" markalı avtomobillə "50-BY-671" dövlət qeydiyyat nişanlı "Oka"nın toqquşması nəticəsində 2 nəfər ölüb, bir neçə nəfər ağır yaralanıb.

Ölən şəxslər "Oka"nın 1991-ci il təvəllüdlü sürücüsü Həsənov Eldar Cəmşid oğlu və onun hazırda adı hələ ki, məlum olmayan sərnişinidir. Onların avtomobildə sıxılmış vəziyyətdə qalmış meyitləri Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzinin Xüsusi Xilasetmə Hissəsinin xilasediciləri tərəfindən xüsusi avadanlıqların köməkliyi ilə çıxarılıb.

Yaralılar, eləcə də, "Hunday"ın sürücüsü ağır vəziyyətdə Sumqayıt şəhər TTYX-ya aparılıb. Xəstəxanadan verilən məlumata görə, onların vəziyyəti ağırdır.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Dosye.org

Xəbər Lenti



 

 

Рейтинг@Mail.ru

Ünvan: Azərbaycan Nəşriyyatı Dosye.org redaksiyası. Baş direktor Elman Nigaran. tel: (012) 409 20 21
email: dosye.org@mail.ru
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.