Şirvanda oğurluq edən şəxslər saxlanılıb


Şirvanda oğurluq edən şəxslər saxlanılıb

Font ölçüsü

Şirvan şəhərində mənzildən oğurluq edən 2 nəfər saxlanılıb.

DİN mətbuat xidmətinin Şirvan şəhərində regional qrupundan virtualaz.org-un yerli bürosuna verilən məlumata görə, ötən il dekabrın 16-da Şirvan şəhər sakini bir qadın “102 Zəng Mərkəzi” xidmətinə zəng edərək ona məxsus fərdi yaşayış evindən ümumi dəyəri 1307 manat olan qızıl-zinət və məişət əşyalarının oğurlandığı barədə məlumat verib.

Məlumat müvafiq tədbir görülməsi məqsədilə aidiyyatı üzrə Şirvan Şəhər Polis Şöbəsinə göndərilib. Şirvan ŞPŞ-nin əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş Şirvan şəhər sakini Yevgeni Vatolin və Hacıqabul rayon sakini Rəşad Ağamaliyev saxlanılıblar. Dindirilmə zamanı hər iki şəxs törətdikləri cinayət əməlini etiraf ediblər. Oğurladıqları əşyaların bir qismi maddi sübüt kimi götürülüb.

Faktla bağlı Şirvan ŞPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.

Dosye.org

Xəbər Lenti



 

 

Рейтинг@Mail.ru

Ünvan: Azərbaycan Nəşriyyatı Dosye.org redaksiyası. Baş direktor Elman Nigaran. tel: (055) 251 59 95
email: dosye.org@mail.ru
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.