Zaqatalada restoran yanıb


Zaqatalada restoran yanıb

Font ölçüsü

Zaqatalada restoran yanıb.

Dosye.org xəbər verir ki, Zaqatala rayon sakini, Ayna Əhməd qızı Əliyevaya məxsus, ümumi sahəsi 260 kv/m olan restoranda yanğın olub.

Yanğın nəticəsində restoranın binasının dam örtüyü və bir-neçə otağın tavanı ümumilikdə 100 kv/m sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən baş verən yanğın tam söndürülüb.

Binanın qalan hissəsi yanğından mühafizə edilib.

Yanğın zamanı xəsarət alan və tüstüdən zəhərlənmə halı baş verməyib.

Faktla bağlı araşdırma aparılır.

DOSYE.ORG

Xəbər Lenti

Ünvan: Azərbaycan Nəşriyyatı Dosye.org redaksiyası. Baş direktor Elman Nigaran. tel: (055) 251 59 95
email: dosye.org@mail.ru
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.