İsmayıllıda yeni ailə quran 18 yaşlı gəlin özünü asıb


İsmayıllıda yeni ailə quran 18 yaşlı gəlin özünü asıb

Font ölçüsü

İsmayıllı rayonunda intihar hadisəsi baş verib.

Dosye.org-in ONA-ya istinadla verdiyi məlumata görə, hadisə rayonun İvanovka kəndində qeydə alınıb.

Bir neçə ay öncə rayonun Qaraqaya kəndindən İvanovka kəndinə gəlin köçən 2001-ci il təvəllüdlü Mahirə Hüseynova yaşadığı evin həyətindəki yardımçı tikilidən özünü kəndirlə asaraq intihar edib. Gənc qadının özünə qəsd etməsinin səbəbi hələ ki, dəqiq məlum deyil.

İlkin ehtimala görə M.Hüseynova ailə münaqişəsi zamanı əsəbləşərək intihar edib.

Faktla bağlı İsmayıllı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

DOSYE.ORG

Xəbər Lenti

Ünvan: Azərbaycan Nəşriyyatı Dosye.org redaksiyası. Baş direktor Elman Nigaran. tel: (055) 251 59 95
email: dosye.org@mail.ru
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.