Ruben Vardanyan işdən qovuldu

Ruben Vardanyan işdən qovuldu

Ruben Vardanyan separatçıların “dövlət naziri” vəzifəsindən azad edilib.

Ermənistan mətbuatının yazdığına görə, bununla bağlı “sərəncam”ı özünü Qarabağ separatçılarının lideri elan edən Arayik Arutyunyan imzalayıb.

Erməni mediası yazır ki, Ruben Vardanyanın getməsi Bakının Laçın dəhlizinin açılması və Dağlıq Qarabağın erməni əhalisinin hüquqları, eyni zamanda təhlükəsizliyi məsələsi ilə bağlı Xankəndi ilə danışıqlara başlaması üçün şərtlərdən biri idi.

Qeyd edək ki, Vardanyanı qondarma rejimin “baş prokuroru” Qurgen Nersisyan əvəz edəcək.

COMMENTS