Rublla ödəməsələr, qaz verilməyəcək – Rusiya

Rublla ödəməsələr, qaz verilməyəcək – Rusiya

Rusiya qazının tədarükü üçün ödəniş olmadan Avropa ölkələrinə mavi yanacaq vermək niyyətində deyilik.

DOSYE.ORG xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov deyib.

“Təbii ki, xeyriyyəçilik edib Qərbi Avropaya pulsuz qaz göndərmək fikrində deyilik”, – Peskov bildirib. Rusiyaya rublla ödəniş edilməyəcəyi təqdirdə rəsmi Moskva qazı kəsəcəkmi sualına isə Peskov belə cavab verib:

“Ödəniş yoxdursa, qaz da yoxdur”.

Qeyd edək ki, ötən gün G-7 ölkələri Rusiyanın qaza görə rublla ödəniş tələbini rədd edib.

COMMENTS