Almaniyanın Regional Liqasında XXII turun növbəti oyunları keçirilib.
Qol.Az-ın məlumatına görə, millimizin üzvü Rüfət Dadaşovun şərəfini qoruduğu “Saarbrükken” öz meydanında “Baunatal”la qarşılaşıb.
Oyun Dadaşovun komandasının 4:0 hesablı qələbəsi ilə başa çatıb. Millimizin üzvü matçın 73-cü dəqiqəsində meydana daxil olub.
Qeyd edək ki, “Saarbrükken” hazırda 46 xalla 3-cü pillədə qərarlaşıb.
COMMENTS