Rüfət oynamadı, “Şalke” uduzdu

Rüfət oynamadı, “Şalke” uduzdu

Futbol üzrə Almaniyanın Qərb Regional Liqasında 33-cü turun oyunları keçirilir.

Fanat.Az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Rüfət Dadaşovun şərəfini qoruduğu “Şalke”nin ikinci komandası da növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda “Proyssen Münster”lə qarşılaşıb. Rüfətin komandası oyundan məğlub ayrılıb – 0:2.

Rüfət bu oyunun iştirakçısı olmayıb. Onun adı qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib.

COMMENTS