Dünya futbolunun ulduzu Ueyn Runi Vaşinqton aeroportunda sərxoş vəziyyətdə dava salıb.
Bu barədə Dosye.org “The Guardian”a istinadən xəbər verir.
Bildirilir ki, İngiltərə yığmasının sabiq hücumçusu hava limanında nalayiq hərəkətləri ilə diqqəti cəlb edib və ətrafdan keçənlərlə mübahisə edib. Ueyn Runi ictimai yerdə sərxoş vəziyyətdə uca səslə söyüş söydüyü üçün Vaşinqtonda həbs olunub.
Nəşrin məlumatına görə, hadisə dekabrın 16-da olub. Runi Dalles adına Vaşinqton aeroportunda həbs edilib. Lakin o, sonra cərimə ödəyib.
Ueyn Runi 2016-cı ildə İngiltərə yığmasının oyunlarında iştirakını başa çatdırıb. O, 119 matçda 53 qol vurub. 2018-ci ildən o, ABŞın “Di-si yunayted” klubunda oynayır. Futbolçu 20 matç keçirərək, 12 qol vurub və 6 məhsuldar ötürmə edib.
Dosye.org
COMMENTS