Rus kəşfiyyatının axtardığı şəxsin qızı evə girəndə… – Kazanda şok olay

Rus kəşfiyyatının axtardığı şəxsin qızı evə girəndə… – Kazanda şok olay

Çoxsaylı qanun pozuntuları səbəbindən Rusiya kəşfiyyatının axtarışında olan cinayətkar uzun illərdən sonra tapılıb.

Teleqraf.com xəbər verir ki, 59 yaşlı cinayətkarın cəsədinə Kazandakı evinin yataq otağında mumyalanmış formada rast gəlinib.

Rus mediasının xəbərinə görə, adı açıqlanmayan cinayətkarın qızı Kazandakı ailə evlərinə daxil olanda vəziyyəti anlayıb. 2 ildir qaçaq həyatı yaşayan atası ilə görüşə bilməyən qızı evə daxil olarkən xoşagəlməz qoxu hiss edib. Yataq otağına girərkən çarpayıda kişi cəsədi görüb. Bunun atasının cəsədi olduğunu təxmin etdikdə polisə zəng vurub.

Hadisə yerinə gələn polis cəsədin şəxsiyyətini müəyyən edərkən bəlli olub ki, bu şəxsi son 2 ildə kəşfiyyat orqanları axtarıb. Həmin şəxsin mumyalanan cəsədinin nə zaman evə qoyulduğu, bunun kim tərəfindən edildiyi hazırda araşdırılır.

DOSYE.ORG

 

COMMENTS