Top.Mail.Ru

Rus mediası Vurğun Əyyubdan yazdı: “O, ailəsi üçün böyük heç nə qoymadı və xalqdan heç nə oğurlamadı…”

Rus mediası Vurğun Əyyubdan yazdı: “O, ailəsi üçün böyük heç nə qoymadı və xalqdan heç nə oğurlamadı…”

Bu gün Azərbaycan ziyalılığına üz vermiş itkini- Vurğun Əyyubun haqq dünyasına qovuşmasını Rusiya mediası da hiss etdirib.  

Rusiya portallarından birində “Abşerondan yellər” imzasıyla çıxış edən blogerlərdən biri çox təsirli yazı ilə çıxış edib. Onun əsas məqamlarını nəzərinizə çatdırırıq:
“…Tanınmış bir adam ölür. Əgər elə-belə biri olubsa, onda susurlar… Doğrudan da yaramazın biridirsə, yazacaqlar: “Onun nəyinə kədərlənməliyik, o qədər oğurlayıb ki, nəvə-nəticələrinə də yetər…” Ancaq xalqa böyük bir şəxsi töhfə verən və gerçəkdən parlaq ictimai xadim vəfat etdikdə insanların duyğuları qaynayır, onu şəxsən tanımayanlar belə şəbəkədə haqqında xoş sözlər yazır və ya səssizcə, ən azı, simvolik olaraq ictmai hisslərə qoşulmaq üçün “layk” qoyurlar…
Vurğun Əyyub qaça bilmədiyi qısa müddətli xəstəlikdən sonra dünyasını dəyişdi…
O, test imtahanları üzrə dövlət komissiyasının rəhbəri idi… Testi tətbiq edən və universitetlərə daxil olarkən korrupsiyanı ləğv edən biri…
O, kasıb ailələrdən olan minlərlə uşağın ali məktəbə girməsi, təhsil alması və savadlı bir insan olması üçün fürsət yaratdı…
Mən onun sayəsində universitetə daxil olanlardanam…
“Xalq üçün o qədər işlər gördü ki…” – İndi azərbaycanlılar sosial şəbəkələrdə belə yazırlar…
Vurğun Əyyub özündən sonra ailəsi üçün böyük heç nə qoymadı və xalqdan heç nə oğurlamadı… Ölümündən sonra çox gec, yalnız bu insanın əhəmiyyəti dərk ediləndən sonra abidə qoyulan şəxsiyyətlərdən biri…”/Moderator.az/

DOSYE.ORG

P.S. Vurğun Əyyub haqqında Rusiya mediası da yazdı, amma Azərbaycanda bəzi qurumlar elə davrandı ki, sanki heç Azərbaycan təhsil sistemində belə bir insan(!) olmayıb…

 

COMMENTS