Rus ordusu Ukrayna ərazisinə daxil oldu

Bu gün Ukrayna ərazisinə daxil olan Rusiya ordu dəstələri Novoazovskda atəş açmağa başlayaraq Mariupola tərəf irəliləməyə başlayıb.

 

Dosye.org Ukrayna KİV-nə istinadən xəbər verir ki, bu haqda Donetsk sərhəd bölməsinin 9937 saylı hərbi hissəsinin hərbçisi məlumat yayıb: “Biz Rusiya hərbçilərinin sərhədi keçdiyini müşahidə etmişik. Kolonda tanklar, BTR və “KaMAZ”lar irəliləyirdi. Onlar Şerbak və Markono kəndləri arasındakı ərazidə yerləşiblər.

Bir neçə tank isə Roza Lüksemburq qəsəbəsinə tərəf irəliləyir”.

Rusiya ordusunun artıq Ukrayna ərazisində 4-5 kilometr irəlilədiyi də bildirilir.

COMMENTS