“Dağlıq Qarabağ münaqişəsi Qafqaz regionunda qeyri-sabitliyin pozulması üçün ən mühüm təhlükələrdən biridir”.
Bu sözləri Axar.az-a açıqlamasında Rusiyanın “Şimal-Cənub” Siyasi Araşdırmalar Mərkəzinin icraçı direktoru Yuliya Yakuşeva deyib.
O, Moskvanın Qafqaz regionunda stabilliyin qorunmasında maksimal dərəcədə maraqlı olduğunu bildirib:
“Geosiyasi qarşıdurma şərtləri daxilində Qarabağ məsələsinin Qara dəniz, Xəzər regionunda Rusiya üçün strateji cəhətdən qeyri-sabitlik zonası yaratmaq üçün xarici qüvvələr tərəfindən idarə olunacağı istisna olunmur. Bu səbəbdən Moskva bu regionda stabilliyin qorunmasında maksimal dərəcədə maraqlıdır. Soçidəki görüş də buna bir daha əyani sübutdur”.
COMMENTS