Rus qızları arasında sorğu keçirildi

Varlı kişilərin rus qızlarını əldə etməyə daha çox şansı var
Rus qadınları arasında sorğu keçirilib.

ANS PRESS-in məlumatına görə, Rusiya İctimai Araşdırmalar Mərkəzi rus qadınların necə kişi xoşlamaları haqda sorğu keçirib.

Rusiyanın 100 müxtəlif bölgəsində aparılan araşdırmalara görə, rus qadınları daha çox imkanlı kişilərə üstünlük verirlər. Qadınların 37 faizi varlı kişilərlə yaşamaq istəyirlər. Rus xanımlarının 31 faizi isə özünə dəyər verən və güvənən kişilərlə daha çox maraqlanırlar.

Araşdırmalara görə 17 faiz rus qadını dürüst və səmimi kişiləri xoşlayır. Rus xanımlarının 16 faizi isə zarafatcıl, ünsiyyətcil və intelektual kişilərlə yaşamağa üstünlük verir. Cəmi 2 faiz rus qızı yaxşı ailə başçısı olan kişilərlə evlənmək istəyir. 3 faiz rus qızı isə təsadüfü əlaqəni sevir.

COMMENTS