Rusiya ərazisinə girdilər – Qəsəbə ələ keçirildi

Rusiya ərazisinə girdilər – Qəsəbə ələ keçirildi

“Rusiyanın Azadlığı” Legionu, “Rusiya Könüllüləri” Korpusu və “Sibir” Batalyonu birgə əməliyyat çərçivəsində Rusiyanın Kursk və Belqorod vilayətlərinə daxil olub.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.

İddiaya görə, Belqorod vilayətinin sərhədyanı Lozova Rudka qəsəbəsi tamamilə bu qüvvələrin nəzarətinə keçib.

Hazırda Kursk vilayətinin Tyotkino qəsəbəsində atışmanın getdiyi bildirilir.

“Rusiyanın Azadlığı” Legionu və “Sibir” Batalyonu Rusiya vətəndaşlarını seçkilərə getməməyə çağırıb.

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin sözçüsü Andrey Yusov sözügedən qüvvələrin Rusiya ərazisinə daxil olmasını şərh edib:

“Rusiyaya ərazisinə girən “Rusiyanın Azadlığı” Legionu, “Rusiya Könüllüləri” Korpusu və “Sibir” Batalyonu müstəqil bölmələr kimi fəaliyyət göstərirlər. Bölmələr Rusiya vətəndaşlarından ibarətdir. Onlar öz evlərindədirlər”.

Yusov Rusiyaya daxil olan bölmələrin birgə əməliyyatının davam edəcəyini də vurğulayıb.

COMMENTS