Rusiya ABŞ-a nota verdi – Səfir XİN-ə çağırıldı

Rusiya ABŞ-a nota verdi – Səfir XİN-ə çağırıldı

ABŞ-ın Moskvadakı fövqəladə və səlahiyyətli səfiri Lin Treysi Rusiya XİN-ə çağırılıb.

DOSYE.ORG Modern.az -a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, səfir 3 ABŞ QHT-sinin Rusiyada “arzuolunmaz” elan edildiyi barədə məlumatlandırılıb.

Nazirlik bildirib ki, ABŞ səfirinə bu QHT-lərə hər hansı yardımı dayandırmağı tələb edən nota təqdim edilib.

Bundan başqa, səfirə Rusiyanın “daxili işlərinə qarışmaq cəhdlərinin” sərt şəkildə cavablandırılacağı, o cümlədən ölkədən çıxarılacağı bildirilib.

COMMENTS