Rusiya Azərbaycanla bağlı bu məhdudiyyəti ləğv etdi

Rusiya Azərbaycanla bağlı bu məhdudiyyəti ləğv etdi

Rusiya martın 9-dan Azərbaycan, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Özbəkistan və İrana uçuşlar üçün koronavirusla (COVİD-19) bağlı məhdudiyyətlərini aradan qaldırıb.

DOSYE.ORG xəbər verir ki, bu barədə Rusiya Federal Hava Nəqliyyatı Agentliyi (“Rosaviasiya”) məlumat yayıb.

Adı çəkilən ölkələr üzrə aviareyslər “Hava daşımalarına dair hökumətlərarası saziş”lər çərçivəsində həyata keçiriləcək.

Xatırladaq ki, Rusiya pandemiyaya görə 2020-ci ilin mart ayından bir sıra ölkələrə uçuşları məhdudlaşdırıb.

COMMENTS