Rusiya – Azərbaycan: 2-0

Bu gün futbol üzrə Azərbaycan millisi növbəti yoxlama oyununu keçirir.

ANS PRESS-in məlumatına görə, Bakı vaxtı ilə saat 20.00-da başlayan Rusiya – Azərbaycan matçında hazırda 15-ci dəqiqə gedir, hesab 2-0 yerli komandanın xeyrinədir.

Hər iki qolu Aleksandr Kerjakov (6-cı dəqiqə, 12-ci dəqiqə) vurub.

Qeyd edək ki, komandalar meydana bu heyətlə çıxıb:

Rusiya – Akinfeyev, Smolnikov, D. Kombarov, V. Berezuçki, İqnaşeviç, Qluşakov, Dzaqoyev, Şatov, Çerışev, Poloz, Kerjakov.

Azərbaycan – Kamran Ağayev, Badavi Hüseynov, Rasim Ramaldanov, Cihan Özkara, Rüfət Dadaşov, Dmitri Nazarov, Rəşad Sadıxov, Ruslan Abışov, Vüqar Nadirov, Ruslan Əmircanov, İlkin Qırtımov.

3 sentyabr

Yoxlama oyunu

20:00. Rusiya – Azərbaycan

Hakimlər: Rövşən İrmatov, Abduhamidullo Rəsulov, Əlişer Usmanov ( Özbəkistan)

Moskva. “Ximki Arena” stadionu

COMMENTS