Rusiya bir gündə 800 hərbçi itirdi – YENİLƏNİB

Rusiya bir gündə 800 hərbçi itirdi – YENİLƏNİB

Müharibənin birinci günündə Rusiya ordusu təxminən 800 nəfər itki verib.

Modern.az xəbər verir ki, bu barədə Ukrayna müdafiə nazirinin müavini Anna Malar bildirib.

“İlkin hesablamalara əsasən, 800 nəfərə yaxın Rusiya hərbçisi öldürülüb. Birgə Qüvvələr Əməliyyatı zonasında Rusiyanın 7 təyyarəsi və 6 helikopteri, 30 tankı, 130-dan çox hərbi texnikası vurulub. Onlarla hərbçi əsir götürülüb”, – nazir müavini Rusiyanın itkilərini açıqlayıb.

***

08:50

Müharibənin birinci günündə Rusiya ordusu təxminən 400 nəfər itki verib.

Modern.az xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin Ofis rəhbərinin müşaviri Aleksey Arestoviç bildirib.

“İlkin hesablamalara əsasən, 400 nəfərə yaxın Rusiya hərbçisi öldürülüb. Birgə Qüvvələr Əməliyyatı zonasında Rusiyanın 7 təyyarəsi və bir neçə helikopteri vurulub. Onlarla hərbçi əsir götürülüb”, – deyə Ukrayna rəsmisi qeyd edib.

Rusiya tərəfi isə müharibə itkiləri barədə rəsmi açıqlama yaymayıb.

COMMENTS