Rusiya gerçək xislətini gizlətmək niyyətində deyil…

Rusiya gerçək xislətini gizlətmək niyyətində deyil…

Rusiya bundan sonra da Ermənistanı müasir silahlarla təmin edəcək.

Moderator.az erməni mətbuatına istinadən xəbər verir ki, bu məsələ Ermənistanda Rusiya-Ermənistan hərbi-texniki əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın keçirilən iclasında müzakirə olunmaqdadır.

Ermənistan müdafiə nazrinin müavini Alik Mirzəbekyanın və RF hərbi-texniki əməkdaşlıq məsələləri üzrə agentliyinin müavini Konstantin Biryulinanın sədrliyi ilə keçirilən iclasda Rusiyanın daxili qiymətləri əsasında Ermənistanın silahla təmin edilməsi müsbət hal kimi dəyərləndirilib.

İclasda Ermənistanı bundan sonra müasir silahlarla təmin etmək, həmçinin 3 ədəd İL-76 təyyarəsinin verilməsi məsələsinə baxılacaq.

COMMENTS