Rusiya İŞİD-i deyil, dinc sakinləri bombalayıb

Rusiya hərbi təyyarələrinin Suriyada İŞİD-i deyil, dinc sakinləri bombalaması haqda iddialar səslənir.

Avropa.info xəbər verir ki, bu haqda Türkiyə və ərəb mediası Suriyadakı mənbələrə istinadən məlumat yayıblar.

Belə ki, Rusiya səlahiyyətliləri Suriyanın Humus şəhəri yaxınlığındakı İŞİD mövqelərini bombalanması haqqında açıqlama veriblər. Lakin, yerli mənbələr Humusun bombalanan ərazisin olan Telibada  İŞİD-in  olmadığını bildiriblər.

Yerli mənbələrin verdiyi məlumata görə, bombardıman nəticəsində Telibada 16 dinc sakin ölüb, 30-a yaxın isə yaralı var.

Bombalanma zamanı anbaan video görüntülər də çəkilib.

COMMENTS