Rusiya mətbuatı Milli Şuranın mitinqindən yazdı

Rusiyanın “politrus.com” saytı Milli Şuranın 12 oktyabr mitinqindən yazıb.

Publika.az xəbər verir ki, Azərbaycan müxalifətinin müəyyən kəsimini özündə birləşdirən Milli Şuranın mitinqi məhbusların hüquqlarından çox, şöhrətpərəstlik, müxalifət liderlərinin karyera düşüncələri və pul məqsədilə keçirilən aksiyanı xatırladır.

Sayt qeyd edir ki, Azərbaycan müxalifəti 20 ildir siyasi hakimiyyətə yaxın düşə bilmir və bu müddət ərzində onların yeganə sövdələşmə mərkəzi Qərbdir: “12 oktyabr mitinqi bunu əyani şəkildə göstərdi. Rəsmi məlumata görə, aksiyada 900 nəfər insan iştirak edib. Bu aksiya Azərbaycanda ümumxalq etirazın olmadığını bir daha göstərdi. Əgər yerli müxalifətçilər öz azsaylı mitinqlərini hakimiyyətin yer verməməsi ilə əlaqələndirirdilərsə, bu dəfə hökumət yer vermişdi, amma yenə də mitinq çox azsaylı iştirakçı ilə keçirildi. Lakin müxalifət iddia edir ki, ölkədə ümumxalq etirazı var. Görünən odur ki, onlar illüziya ilə yaşayır, real dünyadan bixəbərdirlər”.

Sayt yazır ki, Azərbaycan müxalifəti özlərinə dayaq hesab etdikləri Qərbin dəstəyini də itirirlər.

COMMENTS