Rusiya NATO təlimini təhdid edir

Kanada Müdafiə Nazirliyi: Rusiya təyyarələri gəmimizin üzərindən uçdu

 

Kanada Müdafiə Nazirliyi bildirib ki, bazar günü bir qrup Rusiyaya aid təyyarə Qara Dənizdə keçirilən NATO-nun “Sea Breeze” təlimlərində iştrak edən hərbi Toronto gəmisi üzərindən keçib.

“Düzdür, “HMCS Toronto” üzərindən Rusiya təyyarələri yalnız dövrə vuraraq Kanada gəmisi üçün təhlükə törətməsə də, onun hərəkətləri gərəksiz, təxribatyönlü idi və gərginlik yaratma riski daşıyırdı”, – deyə Kanada müdafiə naziri Rob Nikolson bildirir.

Milli.Az-ın anspress-ə istinadən məlumatına görə, rəsmi xəbərdə detallar qeyd olunmasa da “Globe and Mail” Kanada qəzeti xəbər verir ki, iki ədəd “Su-24” və “An-26” təyyarələri Kanada HDQ-yə aid gəminin üzərindən az hündürlükdən uçuş edib. Təyyarələrdən biri 300 metr məsafəyə qədər düşüb.

Qeyd olunur ki, Tronto gəmisi 8-10 sentyabr tarixlərində keçiriləcək “Sea Breeze 2014” Ukrayna-ABŞ birgə hərbi təlimlərində iştrak etmək üçün Qara Dənizə 6 sentyabrda girib. Manevrlərdə ABŞ və Ukraynadan əlavə, Kanada, İspaniya, Türkiyə, Rumıniya gəmiləri iştirak edir. Bundan əlavə, Norveç, Fransa və İsveç təlimlərdə müşahidəçi qismində iştrak edirlər.

Ukrayna Milli Təhlükəsizlik şurasının nümayəndələri bildiriblər ki, keçirilən manevrlərin əsas məqsədi – Böhran sahələrində gəmilərin təhlükəsizliyini təmin etmək üçün beynəlxalq əməliyyat ssenarilərinin həyata keçirilməsidir. Öz növbəsində RF XİN bildirib ki, təlimlər gərginliyi artırır və inkişaf hiss edilən Ukrayna konfliktinin sülh yolu ilə həllinə təhdiddir.

COMMENTS