“Rusiya ordusunu Ukraynadan çıxarmasa, dağılacaq” – Geraşenko

“Rusiya ordusunu Ukraynadan çıxarmasa, dağılacaq” – Geraşenko

Tez-tələsik Xarkov vilayətindən qaçmış Rusiya ordusunun «qəhrəmanlıqları»nı müasir dünyada gizlətmək mümkün deyil. İndi Rusiya ordusu tərəfində heç kim döyüşmək istəmir, çünki hamı onun qorxaqlığını və qeyri-kompetent olduğunu anladı.

Bu barədə Mark Feyqinin efirindən Ukrayna Daxili İşlər nazirinin müşaviri Anton Geraşenko xəbər verib («UNİAN»).

O, xatırladıb ki, Rusiya Federasiyasının ordusunda «kadr aclığı» yaşanır. Rusiya diktatoru Vladimir Putin kardinal addımlara gedib.

Geraşenkonun xatırlatdığı kimi, araşdırmaçı-jurnalist Xristo Qrozev belə bir informasiya yayıb ki, Putin dövlət korporasiyalarına əmr edib, özəl hərbi şirkətlər yaratsınlar.

«Mən, açıq deyəcəm, işlər Rusiyanın parçalanmasına doğru gedir. Əgər bu müharibə Ukrayna ərazisindən, Krım da daxil olmaqla, Rusiya slahlı qüvvələrini çıxartmaqla dayandırılmasa, gələcəkdə bu, Rusiya Federasiyasının parçalanmasına gətirəcək. FTX-dən ehtiyat edərək sakit oturmuş regional liderlər tədricən baş qaldıracaqlar. Onlar hamısı artıq başa düşürlər, bütün bu Tatarstan, Başqırdıstan və digər respublikalar anlayırlar ki, Putin Rusiyanı uçuruma aparır… Bizim Xarkov vilayətində parlaq qələbəmiz – bu, o deməkdir ki, Rusiyada Putini və onun tərəfdarlarını açıq şəkildə tənqid etməyə başlayıblar» – Geraşenko qeyd edib.

Onun sözlərinə görə, Rusiyada Putin rejiminin tənqidi Ukrayna Silahlı Qüvvələrinin hər zərbəsindən sonra ancaq dərinləşəcək. Xersonun, Melitopolun və Berdyanskın azad edilməsindən sonra Kremlin təbliğatı tamamilə qırılacaq. Putin daha rusiyalılara danışa bilməyəcək ki, onların ordusu «çox güclüdür».

Geraşenko qeyd edib ki, Rusiya Federasiyasının təbliğatı artıq ritorikasını dəyişir, bəyan edir ki, Xarkov vilayətini NATO muzdluları azad edir. Amma o, qeyd edib ki, NATO ilə gerçək müharibə halında Rusiya ordusu Vladivostoka qaçacaq.

DOSYE.ORG

COMMENTS