“Rusiya Qarabağdakı qüvvələrini geri çəkir” – Kiyevdən sensasion iddia

“Rusiya Qarabağdakı qüvvələrini geri çəkir” – Kiyevdən sensasion iddia

Rusiya qoşunları indi ehtiyatlarını doldurmağa çalışırlar, bundan sonra Ukraynaya qarşı növbəti hücuma keçməyə çalışacaqlar.

Teleqraf.com xəbər verir ki, bunu Ukrayna Prezident Aparatı rəhbərinin Aleksey Arestoviç deyib.

“Bilməlisiniz ki, onların növbəti cəhdi olacaq. İndi fasilədədirlər, Kiyev yaxınlığında praktiki olaraq məğlub olublar, müdafiəyə keçiblər, kiçik bölmələrlə hücum etməyə çalışırlar, amma biz onları məhv edirik. Onlar uğur qazandıqları ərazilərdə ehtiyat qüvvə formalaşdırmağa çalışacaqlar”, – Arestoviç bildirib.

Onun sözlərinə görə, hücum Kiyev yaxınlığında, Xarkov vilayətinin Mariupol istiqamətində bərpa oluna bilər:

“Amma bu cəhdləri də uğursuz olacaq. Bu səylər 10 gün və ya bir neçə həftə çəkə bilər. Yəni iki və ya üç, bəlkə də 3.5 həftəlik cəhdlərini dayandırmaq mümkündür. Bundan sonra dovşan kimi olacaqlar, çünki mübarizəlik heç nələri olmayacaq”.

Eyni zamanda, o qeyd edib ki, bundan sonra mövqe müharibəsi dövrü olacaq, ruslar işğal olunmuş yaşayış məntəqələrində müdafiə mövqelərini tutacaqlar.

Arestoviç əmin edib ki, müharibənin bu mərhələsi Ukrayna üçün daha sərfəlidir və Rusiya real danışıqlara girməyə məcbur olacaq.

Ukrayna Aparatı rəhbəri Arestoviç məlumat verib ki, Rusiyanın ümumilikdə 90-dan çox batalyon-taktiki qrupu Ukrayna ərazisinə daxil olub, onlardan 15-ə yaxını Ukrayna ordusu tərəfindən tamamilə məhv edilib, 18-20-si isə yararsızdır.

Onun sözlərinə görə, Rusiya Abxaziya və Qarabağdakı (Azərbaycan) qüvvələrini geri çəkir və həmçinin suriyalı yaraqlıları əməliyyatlara cəlb etməyə çalışır.

DOSYE.ORG

COMMENTS