Rusiya qoşunları Ukrayna silahları üçün mümkün qədər əlçatmaz məsafəni təmin etmək üçün cənubda təmas xəttindən uzaqlaşırlar.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna ordusunun “Cənub” hərbi dairəsinin sözçüsü Nataliya Humenyuk deyib.
Onun sözlərinə görə, Ukrayna ordusu bunun qarşısını almağa və hərəkət zamanı rus qüvvələrini məhv etməyə çalışır:
“Nəqliyyat yollarını atəşə tuturuq ki, bunlardan istifadə edə bilməsinlər. Baş verənləri izləyirik, texnika və canlı qüvvənin hərəkətini və geri çəkilməsini dayandırırıq”.
Humenyuk vurğulayıb ki, hazırda güclü hazırlıq mərhələsi gedir, bu mərhələdə Ukrayna ordusu Rusiya qoşunlarının resurslarını, anbarlarını, texnikalarının və şəxsi heyətinin toplandığı əraziləri məhv edir.
“Əlbəttə, silahlarımızın təsir daiəsinə düşməmək üçün məsafəni hesablayırlar, amma Ukrayna ordusunun harada olmasından asılı olmayaraq, rahatlıqlarının olmayacağını tədricən anlayırlar”, – sözçü bildirib.
COMMENTS