Rusiya Suriyada 60 hədəfi bombaladı-300 terrorçu öldürüldü

Rusiya Müdafiə Nazirliyi son  24 saat ərzində Rus hərbi təyyarələrinin Suriya üzərindən 67 uçuş həyata keçirdiyini və 60 hədəfi vurduğunu bildirib.

Modern.az xarici mətbuata istinadən bildirir ki, İŞİD-ə aid hədəflərin vurulduğunu açıqlayan nazirlik əməliyyatların SU-34M və SU-25SM təyyarələri tərəfindən reallaşdırıldığını açıqlayıb.

Rusiya Müdafiə Nazirliyinin açıqlamasında Liva əl-Hak mərkəzinə hazırlanan əməliyyatlarda  200 terrorçu ilə yanaşı İŞİD-in iki  liderinin də öldürüldüyü bildirilir. Digər tərəfdən Hələb bölgəsinə  hücumda isə daha 100 terrorçunun öldürüldüyü bəyan edilib.

COMMENTS