Rusiya Tacikistanda hərbi təlimlərə başladı

Rusiya Tacikistanda hərbi təlimlərə başladı

Rusiyanın 201-ci hərbi bazasının mindən çox hərbçisi Tacikistanda hərbi təlimlərə başlayıb.

“DOSYE.ORG” “TASS”a istinadən xəbər verir ki, bu barədə məlumatı Mərkəzi Hərbi Dairəsinin Mətbuat xidməti yayıb.

Taktiki təlimlər “Harb-Maydon” poliqonunda keçirilir və martın 18-nə kimi davam edəcək. Bununla yanaşı, təlimə 300-dən çox silah, hərbi və xüsusi texnika, eləcə də helikopterlər cəlb olunacaq.

Qeyd edək ki, Rusiyanın Tacikistanda yerləşən 201-ci hərbi bazası Rusiyanın öz sərhədlərindən kənarda sahib olduğu ən böyük hərbi obyektidir.

COMMENTS