Rusiya tank alayı məhv edildi-VİDEO

Rusiya tank alayı məhv edildi-VİDEO

“DeepState” layihəsi Avdeyevka yaxınlığında Rusiyanın tank alayının məhv edilməsinin videosunu dərc edib.

Martın 30-da Rusiya müharibə başlayandan Ukraynada ən böyük tank hücumunu həyata keçirməyə cəhd edib, lakin məğlub olub.

Rusiya silahlı qüvvələri 36 tank və 12 piyada döyüş maşını vasitəsilə Ukrayna Silahlı Qüvvələrinin mövqelərini yarmağa çalışıb. Döyüş Tonenkoye yaşayış məntəqəsindən Umanskoye kəndinə gedən yolda baş tutub.

Ukrayna ordusu daha əvvəl iri zirehli texnika kolonlarından ibarət Rusiya bölmələrinin yaxınlaşmasını aşkar ediblər. Döyüş zamanı Rusiya 12 tank və səkkiz piyada döyüş maşını itirib.

DOSYE.ORG

 

COMMENTS