Rusiya Ukraynada daha 1300 hərbçisini itirdi

Rusiya Ukraynada daha 1300 hərbçisini itirdi

Rusiya qüvvələri son sutkada Ukrayna ərazisində daha 1300 hərbçisini itirib.

DOSYE.ORG UNIAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, bununla da Rusiya tərəfinin müharibə başlayandan bəri ümumi itkilərinin sayı 478 730 nəfərə çatıb.

Həmçinin son sutka ərzində Rusiyaya məxsus 11 tank, 35 zirehli döyüş maşını, 23 artilleriya sistemi Ukrayna ordusu tərəfindən sıradan çıxarılıb.

Xatırladaq ki, 2022-ci ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma “Donetsk XR” və “Luqansk XR” separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb. Krım isə 2014-cü ildə ilhaq olunub.

COMMENTS